Xəstəxana işçisi xəstəni zorladı
Türkiyənin Samsun vilayətində Ruhi Əsəb Dispanserində xəstə qadını zorlayıblar. 29 yaşlı C.K. cinsi təcavüzə məruz qalıb.
Qadını, xəstəxananın işçisi zorlayıb. Xəstə baxıcısı olan 50 yaşlı G.H. gecə qadının otağına girib. O, 29 yaşlı qadını zorladıqdan sonra bərk-bərk tapşırıb ki, bu barədə heç kimə deməsin. G.H. qadına bildirib ki, əgər bu barədə kiməsə desə, onu ağır xəstələrlə bir otağa salacaq.
Baş verən hadisə barədə araşdırmalar başlanıb. Araşdırmalar zamanı qadının həqiqətən də təcavüzə uğradğı məlum olub.
Polis 2 uşaq atası olan G.H.-ni həbs edib. O, ilk ifadəsində qadını zorladığını etiraf etsə də, sonradan sözündən qaçıb. İşçi bildirib ki, xəstə qadın ona şər atır.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.(anspress)