Xəstəxanaya siçovul hücumu

media-hightechnic-468x90

sicovul_2r77436Hindistanda xəstəxanaya 10,000 sıçovul hücum edib.

Hindistanın mərkəzində yerləşən dövlət xəstəxanasının rəhbərliyi bina ərazisində yayılmış on minlərlə sıçovuldan yaxa qurtarmağa səy göstərir.

Madhya Pradeş ştatında yerləşən xəstəxananı gəmiricilərdən təmizləməyə başlamış şirkət binanın təməlində bir neçə min sıçovul yuvasının aşkar edildiyini bildirib.

Şirkət gəmiricilərin axırına tərkibinə zəhər qatılmış yem və sıçovul tələsi vasitəsilə çıxmaq niyyətindədir.

Siçandan təmizləmə ekspertləri 20 il bundan əvvəl Hindistandakı xəstəxanalardan birində 10 min sıçovulun məhv edildiyini xatırladırlar.

Sıçovulların sürətlə artmasının səbəbini bu işin mütəxəssisləri Hindistandakı xəstəxanalarda sanitar normalarına əməl edilməməsində görürlər.

(topnews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600