“Xətai” stansiyasının ikinci yolu bağlandı

media-hightechnic-468x90

xetaiBu gün Bakı Metropoliteninin “Xətai” stansiyasının 2014-cü ilin sonlarından təmirə bağlanan birinci yolu istifadəyə verilib.

Yeniçağ.Az Trend-ə istinadən xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev jurnalistlərə bildirib ki, artıq “Cəfər Cabbarlı” – “Xətai” stansiyaları arasındakı ikinci yolun təmirinə başlanılıb:

“Hazırda həmin yol təmirə bağlıdır. Təmir işləri təxminən bir il müddətinə davam edəcək”.

“Xətai” stansiyasının əhəmiyyətindən danışan qurumun sözçüsü xatırladıb ki, “Yaşıl xətt”in davamı olaraq “Xətai”dən “Həzi Aslanov” stansiyasındək Nobel prospekti boyunca 3 yeni stansiyanın tikintisi nəzərdə tutulub.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600