!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xəyanəti bağışlamayan tanınmış aparıcı: "Kişini boş buraxsan..."

!Reklam – Yazi

Tanınmış aparıcı Umka Hacıyevanın Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Umka, cazibədarlığın qarşısında yaşıl işıq yandırıb?

– Çoxları belə düşünür ki, gözəl oldunsa, bütün qapılar üzünə taybatay açıq olmalıdır. Əslində, belə deyil. Ağıl və qabiliyyət də olmalıdır. Yoxsa ki, təkcə gözəlliklə qabağa getməyin ömrü qısa olur: uzaqbaşı 10 gün, 1 ay… 19 yaşımdan efirlərdəyəm. Bilirəm ki, ağıl olmadan gözəlliklə heç nə əldə etmək mümkün deyil.

– Gözəlliyin başa bəla olduğu məqamlar da olur bəzən…– Ola bilər. Çünki ətrafımızda paxıllığımızı çəkən adamlar da çoxdur. Düşünür ki, əgər gülüb-danışırsa, pozitivdirsə, demək həyatında hər şey yaxşıdr. Belə olanda da başlayırlar ayağından çəkməyə, zərbə vurmağa.

– Bədnəzərdən qorunmaq üçün neynirsən?

– Allaha sığınıram və mənə pislik edənləri də Allaha tapşırıram.

– Əks-cinsin nümayəndələri səni sevgi mesajları ilə bezdirmir ki?

– Hər şey insanın özündən asılıdır. Sənə baxa da bilərlər, sevgi mesajları da yaza bilərlər. Elə yazırlar da. Hərdən həyatda ilk dəfə qarşılaşdığın adam elə davranır ki, elə bil səni illərdir tanıyır. Amma insanın həyatında bir nəfər olmalıdır, onu sevməlisən. O adam da artıq var.

– Qəlbini nə ilə ovsunladı?

– Özünü aparmağı, qadına olan hörməti, savadı ilə. Xarici görünüş də təbii ki, önəmlidir.

– Adətən, gözəl xanımlar çirkin oğlanları seçir.

– Könül sevən göyçək olur. Sevəndə həmin insan gözünə ideal görünür. Mən də eləyəm.

– Qadağalar qoyur sənə?

– Qadağa deməzdim, amma bəzən nələrəsə müdaxilə edir. Müdaxilə deyəndə ki, öz fikrini bildirir.

– Razılaşırsan?

– Bəzən onunla hesablaşıram. Görürəm ki, doğru-dürüst yol göstərir.

– Səncə, hansı qadın həyatda qalib hesab olunur?

– Ailəsi olan, dünyaya övlad gətirən, mükəmməl həyat yoldaşı qalib qadındır.

– Həm də xəyanəti bağışlayan qadın, eləmi?

– Yox, yox… Heç vaxt xəyanəti bağışlamaram. Belə bir anlam var ki, kişlər xəyanət edə bilər. Mən bu fikirlə razı deyiləm. Nə qadına, nə kişiyə xəyanəti yaraşdırmıram. İnsan sevib-seçdiyi qadının həyatında yeganə şəxs olmalıdır.

– Olmalıdır deyirik. Amma olmur axı…

– Qadından çox şey asılıdır.

– Bəlkə məsləhətlərini verəsən?

– Gözəl həyat yoldaşı olmalıdır. Dost olmalıdır, “dır-dır” olmamalıdır. Qadın kişini bir qədər boş buraxmalıdır. Kişini nə qədər çox sıxsan, üstünə getsən, bir o qədər səndən bezəcək. Kişi evə gəlirsə və yeməyə bir şey tapmırsa, bir gün, beş gün, bir ay… axırı dilə gələcək.

– Əl qabiliyyətin necədir, biş-düş bacarırsan?

– Tərifləmək olmasın, əl qabiliyyətim superdir. Kənardan baxanlar bəlkə də deyirlər ki, gözəl qızdır, əlindən bir iş gəlmir. Umka yemək də bişirə bilir, ev də yığışdırır.

– Maşın idarə edirsən. Yol polisləri gözəlliyinə görə xətalarını bağışlayır?

– Heç vaxt. Olub soruşublar ki, kiməsə zəng etdirib, tapşırtdırmaq istəmirsiz? Demişəm ki, qayda pozuntusuna yol vermişəmsə, cəriməmi yazın.

– Ən böyük cərimən nə qədər olub?

– 63 manat.

– Sənə gözəllik verən nədir?

– Vücuddan başqa insanın içi də gözəl olmalıdır. Mənim içim gözəldir.

– Özündə qiymətləndirdiyin ən gözəl xüsusiyyət hansıdır?

– Çox qürurlu və mərdəm. Özümü heç kimin qabağında sındırmaram və heç kimə əzdirmərəm.

– Kimsə qüruruna toxunmağa cəhd etsə, ən sərt reaksiyan necə olar?

– Onu həyatımdan silərəm; hətta nə qədər yaxın olsa da belə… Mən o insanla yad kimi davranaram.

– Haqqında gəzən şayiələr, söz-söhbətlər səni narahat edir?

– Qəşəngsənsə, efirdəsənsə, tanınmış şəxssənsə, sənin haqqında bilərəkdən-bilməyərəkdən danışacaqlar, bu, qaçılmazdır.

– İndiyə qədər elə bir şayiə olubmu ki səni şoka salsın?

– Çoxdur, geyimimdən tutmuş başqa nələrəsə görə.

– Bəs adınız kiminsə sevgilisi kimi hallanıb?

– Xeyr, məni kiminsə sevgilisi etməyiblər.

Cəvahir
Foto: Cəmalə Əlizadə

www.yenicag.az

5114
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv