Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

XİN: Bu, nazirlərin görüşü ərəfəsində Ermənistanın növbəti təxribatıdır

Reklam: Sinerji Pro

“Azərbaycan Respublikası Müdafiə nazirliyi tərəfindən məlumat verildiyi kimi, Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinq aparılarkən atəşkəsin pozulması barədə Ermənistan Xarici İşlər Nazirliyinin twitter vasitəsilə yaydığı xəbər ucuz dezinformasiyadır. Monitorinqdə iştirak edən beynəlxalq missiyanın nümayəndələri tərəfindən atəşkəsin pozulması halı qeydə alınmadığı halda, Ermənistan tərəfi bu kimi yalanla çıxış edir”.

Bunu APA-ya açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu, sentyabr ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində görüşü ərəfəsində Ermənistanın növbəti təxribatıdır.

“Ermənistanın məqsədi bu yolla gərginlik fonu yaratmaq və danışıqlara mənfi təsir etməkdir”, – deyə H. Hacıyev qeyd edib.

Yenicag.Az

www.yenicag.az

426
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM