Xırdalan şəhərində uçqun baş verib
Xırdalan şəhərinin mərkəzindəki “Heydər parkı”nın girəcəyində uçqun baş verib.
Virtualaz.org saytının müxbiri ərazidən keçərkən görüb ki, parkın girəcəyində yerləşən və təzəcə təmirdən çıxmış tağ ucub-dağılıb. Müxbirimiz öyrənə bilib ki, bu gün səhər uçan tağ bir neçə gün öncə yenidən tikilibmiş.
Əvvəllər burada səliqəli tağ vardı. Lakin şəhər rəhbərliyi nəyə görəsə hesab edib ki, kifayət qədər səliqəli olan və aqlay daşlarla üzlənmiş bu tağı söküb daha hündürünü tikmək lazımdır. Və belə də ediblər. Amma nəticə tragikomik olub. Tikintisi dünən başa çatmış tağ bu gün səhər özülündən uçub dağılıb.