Xızı rayonunun Giləzi qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 30 m2 olan anbarın içərisində 5 ton ot bağlamasının 600 kq və anbara bitişik talvarın altında olan 3 ədəd minik və 1 ədəd yük avtomobili qismən yanıb.
FHN-dən Yenicag.az-a verilən məlumata görə, anbar və avtomobillərin qalan hissələri yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
www.yenicag.az