Xocalının anım günü bu yollar bağlanacaq – Siyahı

media-hightechnic-468x90

f1d0501e520eXocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar bəzi paytaxt yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) verilən məlumata görə, fevralın 26-da Xocalı prospektində yerləşən “Ana harayı” abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimində iştirak edənlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə həmin ərazidə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bundan əlavə Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, Fəzail Bayramov, Sabit Orucov və digər kəsişən küçələrdən Xocalı prospektinə doğru hərəkət dayandırılacaq. Buna görə də vətəndaşlara qeyd olunan ərazilərdən şəxsi avtomobillərindən istifadə etməməyi və mümkün qədər ictimai nəqliyyatdan istifadə etmək tövsiyyə olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600