Xorasanda 5,5 bal gücündə zəlzələ

media-hightechnic-468x90

İranın Xorasan vilayətində 5,5 və 5,4 bal gücündə iki zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, yerin 16 və 10 kilometrliyində baş verən zəlzələlər yerli saatla 03:34 və 05:24-də qeydə alınıb.

Zəlzələ nəticəsində bəzi evlərə ziyan dəysə də, həyatını itirən olmayıb. Yaralı sayı dəqiqləşdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600