Xüsusi təyinatlılarla terrorçular arasında atışma – 16 polis öldü

Misirin Əl-Vahat rayonunda polislə terrorçular arasında silahlı toqquşma baş verib.

Yenicag.az xəbər verir ki, paytaxt Qahirənin 200 kilometrliyində baş verən hadisə nəticəsində Misirin Milli Təhlükəsizlik İdarəsi və Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsinin 16 əməkdaşı həlak olub.

Məlumata görə, polis əməkdaşları rayonda gizlənən terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparırmış.