“Yalama Aqropark”dakı yanğınla bağlı son vəziyyət

media-hightechnic-468x90

Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşən “Yalama Aqropark”da baş verən yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Yenicag.az xəbər verir ki, noyabrın 16-sı günorta saatlarından başlayan yanğın artıq tam məhdudlaşdırılıb və ərazidə soyutma işləri görülüb.

Hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin canlı qüvvəsi və dörd yanğınsöndürən maşını var.
Yanğın aqroparkın beş min kvadratmetrə yaxın ərazini əhatə edən ot anbarında baş verib. Anbardakı ot ehtiyatı kipləşdirilmiş bağlamalarda saxlanılırdı. Yanğınsöndürənlər tərəfindən yanğının heyvandarlıq kompleksindəki fermalara keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, “Yalama Aqropark” ölkə üzrə ən iri heyvandarlıq təsərrüfatlarından biridir./AZƏRTAC

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600