Yalçın Rəfiyev Yaponiya nəşrinə müsahibəsində COP29-dakı uğurlu nəticədən danışdı

media-hightechnic-468x90

COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Yaponiyanın “Nikkei” nəşrinə müsahibə verib.

Bu barədə Yenicag.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Müsahibədə COP29-un yekununda əldə edilmiş uğurlu nəticə olaraq 300 milyard ABŞ dolları məbləğində iqlim maliyyəsi qərarı bir daha xatırladılır və Y.Rəfiyevə istinadən bu qərarın əldə olunması istiqamətində inkişaf etməkdə olan ölkələrin mövqelərinin koordinasiyası prosesində COP29 sədrliyi ilə yaxından əməkdaşlıq edən Çinin konstruktiv rol oynadığı vurğulanır.

Məqalədə həmçinin Beynəlxalq Enerji Agentliyinə istinadən hazırda təmiz enerji sahəsində qlobal investisiyada Çinin payının 1/3-ə çatdığı qeyd olunur və Çin tərəfindən 2013-2023-cü illərdə təkcə ASEAN ölkələrinə 2,7 milyard ABŞ dolları məbləğində sərmayə yatırıldığı bildirilir.

Bu xüsusda, Y.Rəfiyev inkişaf etməkdə olan ölkələri səfərbər etmək imkanları ilə yanaşı, Çinin qlobal dekarbonizasiya prosesindəki liderlik rolunun da onun qlobal iqlim danışıqlarında qlobal liderlik funksiyasını daşıya biləcəyinə işarə olduğunu qeyd edir və ABŞ-nin Paris Sazişindən çıxmaq barədə qərarından sonra beynəlxalq iqlim danışıqlarında yaranan qlobal liderlik boşluğunu doldurmaq üçün ən yaxşı namizədin də məhz Çin olduğunu vurğulayır.

Nazir müavini inkişaf etmiş dövlətlər tərəfindən isə qlobal iqlim danışıqlarında liderlik rolunu oynamaq üçün ən uyğun namizədin Birləşmiş Krallıq olduğunu bildirir. Belə ki, Birləşmiş Krallıqda yeni Leyboristlər hökumətinin qlobal iqlim fəaliyyətini prioritet olaraq müəyyən etdiyi və bu istiqamətdə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə görünür bir fəaliyyət aparıldığı qeyd olunur.

Məqalədə həmçinin Y.Rəfiyevə istinadən cari ilin noyabrında Braziliyanın Belem şəhərində keçiriləcək COP30-un yeni ambisiyalı hədəflər müəyyən edərək dövlətləri COP prosesinə uzaqlaşmağa vadar etməkdən çox, əvvəlki COP-ların nəticələrinin icrasına fokuslanmalı olduğu qeyd olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600