Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yalnız bu insanların Bulvara girişinə icazə verilir - RƏSMİ AÇIQLAMA

“Bulvar ərazisində insan əməyindən istifadə minimuma endirilib. İşlərin texnika vasitəsi ilə görülməsinə üstünlük verilir”.

Bunu Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı Yenicag.az-a açıqlamasında Nazirlər Kabineti Yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə görülən tədbirlərdən danışarkən deyib.

G.Yelmarqızı insan əməyindən hansı halda istifadə ediləcəyini də bildirib:

“Dənizkənarı bulvar dövlət səviyyəsində qorunan milli parkdır. Orada xüsusi qayğı tələb edən nadir ağac və bitki növləri var, onlar xüsusi qulluq tələb edir. Buna görə də, harada ki, insan əməyi tələb olunur, orada idarənin əməkdaşları əraziyə çıxır. Onlar da maska, əlcəklə təmin olunub, ara məsafəsinə uyğun davranaraq, Operativ Qərargahın təlimatlarına uyğun hərəkət edirlər”.

Xatırladaq ki, Operativ Qərargahın təlimatlarına uyğun olaraq koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Bulvara giriş məhdudlaşdırılıb.

Cəvahir

www.yenicag.az

580
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100