Yanğın nəticəsində 101 nəfər xəsarət alıb
Yenicag apa-ya istinadən bildirir ki, Cənubi Koreyada yaşayış evində baş vermiş yanğın nəticəsində 3 nəfər ölüb, 101 nəfər xəsarət alıb.
Hadisə bu gün Iyconbu şəhərində baş verib.
İlkin məlumatlara görə, yanğına səbəb poçt qutusunun alışması olub. Alovun miqyası genişləndiyindən binaya əsas giriş bağlanıb. Bu üzdən yanğınsöndürənlər insanları helikopterlərlə damdakı çıxış vasitəsi ilə təxliyyə ediblər.
Yanğının söndürülməsinə 25 yanğınsönürən briqada cəlb olunub. Əməliyyat bir neçə saat davam edib.