Yanğında vəfat edən Könül Vəlibəylinin qızının son durumu açıqlandı
Yasamalda yanğın zamanı xəsarət alan Ləman Qulamova komadan çıxıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Trend”in sorğusuna cavab olaraq Yeni Klinikadan məlumat verilib.
Bildirilir ki, 2000-ci il təvəllüdlü (qadın) şəxsin Yeni Klinikanın Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Hazırda pasiyentin vəziyyəti ağır stabildir.
“Xəstə koma vəziyyətindən çıxıb, süni tənəffüs aparatından ayrılıb, huşu açıqdır və adekvatdır. Bununla belə, yüksək axımlı oksigen müalicəsi ilə tənəffüs dəstəyi davam etdirilir.
Tənəffüs patterni (xəstənin nəfəs alıb-vermə tərzinin xarakteri) hələlik tam normallaşmadığından, intensiv müayinə və müalicə tədbirləri planlı şəkildə davam etdirilir”, – qurumdan əlavə olunub.
Qeyd edək ki, Ləman Qulamova həmin yanğında həyatını itirmiş Bakı Milli Geyim Evinin rəhbəri Könül Velibəylinin qızıdır












