!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yanğınların arxasında nə dayanır? - "Təsəvvür edin, "Sədərək" və "Binə" yanır" - VİDEO

!Reklam – Yazi

Bakının məşhur ticarət mərkəzi olan “Diqlas”da güclü yanğın baş verib. Nəticədə ticarət mərkəzi demək olar ki tamamilə yanıb.

Ümumiyyətlə, son vaxtlar ardıcıl olaraq bir neçə ticarət mərkəzində yanğınlar olur. Bu isə təxribat iddialarını ortaya atır.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl bildirib ki, bu cür yanğınların kökünü xaricdə axtarmağa dəyməz:

“Xarici qüvvə heç vaxt belə xırda yanğınlarla təxribat törətməz. Kənar, xarici qüvvə təxribat etmək istəsə, kiçik işlər görməz. Biz təxminən bilirik ki, Azərbaycanda vəziyyətin qeyri-sabit olması üçün xarici qüvvələr hansı addımları ata bilər. Hesab edək ki, Mingəçevir İES-də yanğın törədə bilərlər, nəinki hansısa ticarət mərkəzini yandırarlar. “Diqlas” kimi ticarət mərkəzlərinin yanması cəmiyyətə və dövlətə təsir etməyəcək”.

“Bu cür yanğınların kökünü daxildə axtarmaq lazımdır” deyən, İlham İsmayıl bildirib ki, miqyası daxildəki qruplararası, hətta daha aşağı səviyyəyə çəkmək lazımdır:

“Bu cür hadisələr hətta şəriklər arasında davanın da nəticəsi ola bilər. Hər halda bunu diqqətdən kənarda saxlamaq olmaz. Çünki bu yanğınların həcmi böyüyə bilər. Bu gün “Diqlas” yandı, təsəvvür edin, sabah “Sədərək”, “Binə” ticarət mərkəzlərində yanğın baş verir. Əgər “Sədərək”, “Binə” ticarət mərkəzlərində yanğın baş verərsə, qarşıdurmalar, əhalidə təlaş yaranır. Bunun şahidi olmuşuq. Bütün təxribatların məqsədi təkcə obyektin sahibinə zərər vermək yox, cəmiyyətdə də təlaş yaratmaqdır”.

Sonda İlham İsmayıl bildirib ki, səsləndirdiyi fikirlər versiyalardan biridir, hüquq-mühafizə orqanları bu məsələnin üzərində işləyib, dəqiq səbəbləri anlayacaq.

Səxavət Məmməd

www.yenicag.az

5959
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv