Yanvarda Azərbaycandan ən çox neft idxal edən ölkələr bəlli oldu

media-hightechnic-468x90

Cari ilin yanvar ayında Azərbaycan 2,643 milyon ton həcmində xam neft və neft məhsulları ixrac edib ki, bunun ümumi dəyəri 1,238 milyard ABŞ dollarından çox olub.

media-banner_tuq

Yenicag.az-ın Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 665 milyon ABŞ dolları və ya 34,9% azalıb. Bununla yanaşı, fiziki həcmdə ixrac 818 min ton və ya 23,6% artıb.

Cari ilin yanvar ayında Azərbaycan neftinin əsas üç idxalçısı sırasında birinci yeri İtaliya tutur (1,848 milyon ton – 861,7 milyon ABŞ dolları), ardınca Rumıniya (197,1 min ton – 93,7 milyon ABŞ dolları) və Portuqaliya (93,6 min ton – 44,3 milyon ABŞ dollarından çox) gəlir.

Cədvəldə 2026-cı ilin yanvar ayında Azərbaycandan xam neft və neft məhsulları idxal edən 10 ən böyük ölkə göstərilib.

Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarlarına üç boru kəməri vasitəsilə nəql olunur: Bakı–Novorossiysk, Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan (BTC). Hazırda Bakı–Supsa boru kəməri ilə nəql dayandırılıb.

Ölkə İdxal həcmi İdxal dəyəri (ABŞ dolları)
İtaliya 1 847 915,54 861 652 230
Rumıniya 197 053,85 93 673 990
Portuqaliya 1 122 055,58 44 337 000
Almaniya 91 294 060 43 249 210
Xorvatiya 86 166 170 40 819 950
Çexiya 82 403,50 38 454 490
Bolqarıstan 78 494,85 37 415 050
Tunis 61 269,98 29 498 760
Türkiyə 41 761,71 19 543 440
İndoneziya 38 554,41 17 866 200

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05