Yanvar-fevral aylarında Almaniyanın Azərbaycandan idxal etdiyi neftin həcmi məlum oldu

media-hightechnic-468x90

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Almaniyaya 65,3 milyon ABŞ dolları dəyərində bitumu süxurlardan əldə edilmiş 154,7 min ton neft və neft məhsulları ixrac olunub.

media-banner_tuq

Yenicag.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 211,3 milyon ABŞ dolları və ya 76,4 faiz, həcm baxımından isə 342,6 min ton və ya 68,2 faiz azdır.

Ötən ilin yanvar-fevral aylarında Azərbaycandan Almaniyaya 276,6 milyon ABŞ dolları dəyərində 500 min ton bitumlu süxurlardan əldə edilmiş neft və neft məhsulları ixrac olunub.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə ticarət əməliyyatlarını 6,264 milyard ABŞ dolları məbləğində həyata keçirib. Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 2,64 milyard dollar və ya 29,6% azdır.

Xarici ticarətin ümumi həcmindən 3,665 milyard dolları ixrac, 2,599 milyard dolları isə idxal təşkil edib. Son bir il ərzində ixrac 1,102 milyard dollar və ya 23% azalıb, idxal isə 1,539 milyard dollar və ya 37,2% azalıb.

Nəticədə, xarici ticarət 933,6 milyon dollar müsbət saldo ilə yekunlaşıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon dollar və ya 5,3% azdır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05