!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

YAP namizədlərini niyə açıqlamır? – “Partiyadaxili çəkişmələr buna imkan vermir” – Sərdar Cəlaloğlu

!Reklam – Yazi

“Görünür, bu güclər partiya siyahısının müəyyənləşməsinə kifayət qədər təsir göstərirlər, mübahisələr var”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərini hələ də açıqlamamasına münasibət bildirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

ADP sədri bu “gecikmə”ni hakim partiyanın daxilində namizədlərlə bağlı mübahisələrin səngiməməsi ilə əlaqələndirir:

“Prezident İlham Əliyevin də dediyi kimi, ölkədə yeniləşmə siyasətinə müqavimət göstərən müəyyən güclər var.

Görünür, bu güclər YAP-ın namizədlər siyahısının formalaşmasına kifayət qədər təsir göstərirlər, mübahisələr var.
Yəni YAP-daxili çəkişmələr hələ başa çatmadığına görə o siyahı elan olunmur. Mən bunu ancaq YAP-ın daxilindəki ziddiyyərlərlə əlaqələndirirəm”.

Aqil Bəkir

www.yenicag.az

921
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv