“Yaponçik”in qətlində iştirak edənlərə MƏHKƏMƏ HÖKMÜ: Birinə 15, digərinə 16 il cəza verildi

media-hightechnic-468x90

Moskvada kriminal avtoritet, 2009-cu ildə qətlə yetirilmiş “Yaponçik” ləqəbli Vyaçeslav İvankovun qətlində iştirak etmiş 2 nəfərin məhkəməsi keçirilib. 

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, “Yaponçik”in qətl işinin fiqurantları olan Murtaz Şadaniya ilə Cambul Canaşiyanın məhkəməsi keçirilib.

Məhkəmə hökmünə əsasən, Şadaniya ilə Canaşiya cəzalarını sərt rejimli koloniyada çəkmək şərtilə müvafiq olaraq 15 və 16 il müddətinə azadlıqdan məhrum ediliblər.

Adları çəkilən şəxslər “Yaponçik”i izləməkdə, onun həyat tərzini və hərəkət marşrutunu öyrənməkdə ittiham olunurlar. Bundan başqa, onların “Yaponçik”i qətlə yetirmək məqsədilə snayper tüfəngi və onun üçün patronlar, həmçinin niyyətlərini həyata keçirməkdən ötrü xüsusi avtomobil aldıqları təsdiqlənib.

2009-cu il iyulun 29-da Kaxa Qazzayev, Murtaz Şadaniya, Nuqzar Papava və Cambul Canaşiya “Tay fili” restoranına gəliblər. “Yaponçik” restorandan çıxanda “Qazel” markalı maşınla əraziyə yaxınlaşan Astamur Butba ona bir neçə atəş açıb. “Yaponçik” təqribən iki ay sonra xəstəxanada dünyasını dəyişib.

“Yaponçik”in qətlinə görə bütün şübhələr “qanuni oğru” İlya Simoniyaya yönəlib. Onun nüfuz zonalarını genişləndirmək məqsədilə bu cinayətə əl atdığı deyilir. Simoniya “Yaponçik”i aradan götürmək üçün xüsusi qrup yaradır və sui-qəsd təşkil olunana qədər onu münətəzəm izlədir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600