Yaponiya ərazisində hökm sürən kəskin istilər 65 nəfərin canını alıb.
Yenicag.az-ın məlumatına görə, 22 mindən çox adam günvurma diaqnozu ilə xəstəxanalara müraciət edib.
İsti hava kütləsi artıq fasiləsiz olaraq 2 həftədir ki, Yaponiyada hökm sürür.
Maksimal hərarətin 41 dərəcəyə çatdığı bildirilir. Daha cox zərərçəkənlər isə Aiti, Osaka, Xyoqo, Tiba və Kioto prefekturalarındadır./Trend/
www.yenicag.az