!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi Ağstafaya getdi - FOTOLAR

!Reklam – Yazi

Yaponiaynın “Ot kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində həyata keçirilmiş “Ağstafa rayonunun Düzqışlaq kəndində tibb məntəqəsi” layihəsi çərçivəsində Düzqışlaq kənd Həkim məntəqəsi istifadəyə verilib.

Bu münasibətlə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfiri Vada Cüniçi xanımı Reiko Cüniçi ilə birlikdə Ağstafaya səfər edib.

Rəsmi qonaqları Seymur Orucov Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatında qəbul edib. Görüşdə ölkələrimiz arasındakı sıx dostluq münasibətlərindən, eləcə də dövlətimizin diqqət və qayğısı ilə son illər Ağstafa rayonunda həyata keçirilən sosial infrastruktur layihələrdən, genişmiqyaslı abadlıq, quruculuq işlərindən geniş bəhs olunub. Qonaqlara milli mənəvi-dəyərlərimizi simvolizə edən hədiyyələr təqdim olunub. Sonra Ağstafa şəhərində Heydər Əliyev adına və “Miniatür Azərbaycan” parkları ziyarət olunub. Sonda Düzqışlaq kəndində tibb ocağının istifadəyə verilməsi münasibəti ilə keçirilən tədbirdə məntəqədə yaradılan şəraitlə tanışlıq olub.

 

www.yenicag.az

617
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv