!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaponiyanın bu şəhəri turistlərin geyşalara sataşması səbəbindən BAĞLANIR

!Reklam – Yazi

Yaponiyanın Kyoto şəhəri turistlərin geyşalara sataşması səbəbindən bağlanır.

Yenicag.az “The Guardian”a istinadla xəbər verir ki, yerli geyşaları sıxışdıran turistlər səbəbindən hakimiyyət Yaponiyanın Kyoto şəhərinin bir hissəsini bağlamaq məcburiyyətində qalıb.

Turistlər qızların kimonosunu dartır, makiyajını korlayır və işlərini görmələrinə mane olurlar. Hətta bəzi qızlar turistlər tərəfindən sıxışdırılır.

Belə davranışa görə səyahətçilər əvvəllər 10 min yen (təxminən 115 man) cərimə ala bilirdilər.

Bu tədbirlər şəhərdə vəziyyəti yaxşılaşdırmayıb, ona görə də qaydaların sərtləşdirilməsi qərara alınıb.

Dəyişikliklər aprel ayından qüvvəyə minəcək.

“The Guardian” yazır ki, hökumət müvafiq işarə və göstəricilər yerləşdirmək niyyətindədir.

Xuraman Etibarlı

COP29

www.yenicag.az

216
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv