!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaranmış yeni reallıqda İrəvan Türk Cümhuriyyətinin PERSPEKTİVİ: “Nəticədən asılı olmayaraq...” - ŞƏRH

!Reklam – Yazi

“Həm bu qurumun, həm bu ictimaiyyətin haqqında danışılan məsələ ilə məşğul olması vacibdir”.

Bu fikirləri 44 günlük Vətən müharibəsindən öncə yaradılan İrəvan Türk Cümhuriyyəti mühacir hökumətinin savaşdan sonra formalaşmış yeni regional düzəndə mümkün perspektivini dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

MDHP sədrinin fikrincə, yaranmış şəraitdə Ermənistanın Azərbaycan əleyhinə ortaya atdığı istənilən iddiaya qarşı mütləq alternativlər təklif edilməlidir:

“Qeyd edim ki, əvvəldən partiyamızı yaradanda departament institutu formalaşdırdıq və qurulan departamentlərdən birinin adı məhz Qərbi Azərbaycan idi. O bölgədən olan əhalinin hüquqlarının davamlı müdafiəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət etməyə başladıq. Azərbaycan əraziləri işğaldan azad edilməzdən əvvəl hökumətə də təklif olunurdu ki, biz ermənilərin irəli sürdüyü şərtlər qarşısında azərbaycanlıların aborigen xalq olaraq oraya köçürülməsi, öz vətənlərinə qayıtması, o cümlədən təzminat iddiaları və digər məsələləri də qaldırmalıyıq. İndi də o istiqamətdə işlərimiz davam edir.

Bu məqamlara ona görə toxunuram ki, indiki halda həmin təşkilat da, gərək, qeyd olunan məsələlərə yeni nəfəs verə. Müharibədən ötən dövrdə, xüsusilə Brüssel görüşündən sonrakı dönəmdə yeni bir vəziyyət yaranıb. O nədən ibarətdir? Bildiyiniz kimi, uzun illər idi, proseslərə Madrid prinsipləri və başqa sənədlərdən baxılırdı. İndi isə məsələlərə Bakı prinsiplərindən yanaşılır.

Hələlik nəticənin necə müəyyənləşməsindən asılı olmayaraq, beynəlxalq təşkilatlar artıq Azərbaycanın yanaşmasına istinad edirlərsə, status məsələsindən geri çəkiliblərsə, məhz Errmənistanla Azərbaycan araısnda postmüharibə dövrünün ağırlıqlarını aradan qaldırmaqla bağlı təkliflərlə çıxış edirlərsə, belə vəziyyətdə Ermənistanın Azərbaycan əleyhinə ortaya atdığı istənilən iddiaya qarşı mütləq alternativlər təklif etməyimiz lazımdır. Bu alternativlər Zəngəzurla, həmçinin 1948-ci ildən sonra Ermənistan adlanan ərazidən köçürülmüş aborigen Azərbaycan türklərinin öz torpaqlarına geri qaytarılması, onlara muxtariyyat verilməsi, kompakt yaşamalarının təmin olunması kimi məsələlərlə bağlı ola bilər.

O baxımdan, mən İrəvan Türk Cümhuriyyəti adı altında mühacir hökumətin yaradılmasını təqdir edirəm. Amma yeni qlobal şərtlər ilə Rusiyanın başının qarışıq olduğu və beynəlxalq təşkilatların dəstəyini aldığımız, Avropa İttifaqının bölgədə rolunun artdığı bir vaxtda birbaşa hücum diplomatiyasından istifadə etməliyik. Çünki ən yaxşı müdafiə hücumdur. Ona görə də həm bu qurumun, həm bu istiqamətdə fəaliyyət göstərən başqa təşkilatların, həm də ictimaiyyətin haqqında danışılan məsələ ilə məşğul olması vacibdir”.

A.Zeynalov

www.yenicag.az

714
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv