Bakıda bazarlarında mal ətinin, xüsusilə erkək dana ətinin qiyməti artıb.
Yenicag.az xəbər verir ki, əvvəl 19-20 manata satılan sümüksüz ət indi 21 manata qədər bahalaşıb. Sümüklü mal əti isə 19 manatdır.
Satıcıların sözlərinə görə, bahalaşmanın səbəbi kimi danaların azlığı göstərilir. Satıcılar bildirirlər ki, hazırda bazarlarda qoyun ətinin də qiyməti 21 manatdır./Unikal/