XİN başçısı: Azərbaycan həm Estoniya, həm də region üçün önəmli ölkədir
Azərbaycan həm Estoniya, həm də region üçün önəmli ölkədir.
Yenicag.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycan və Estoniya arasında münasibətlər getdikcə yaxşılaşır:
“Azərbaycan həm Estoniya, həm də region üçün önəmli ölkədir. Mənimlə böyük biznes nümayəndə heyəti Bakıya gəlib. Bu gün yüzlərlə azərbaycanlı Estoniyada təhsil alır. Təhsil isə mədəniyyətləri birləşdirir”.
Nazir bildirib ki, rəqəmsallaşma və yaşıl texnologiyalar üzrə də əməkdaşlıq genişləndirilə bilər:
“Estoniya bu istiqamətlərdə inkişaf etmiş bir ölkədir. Hesab edirəm ki, ikitərəfli münasibətləri daha da yaxşılaşdırmaq olar. Bu münasibətlərdən Latviya və Finlandiya da yararlana bilər”.