Tolik hansı müğənniləri BİABIR ETDİ: “Sənin ərə getməyindən...”
“Bu efir özəl kanaldır, özəl kanalın atanıza borcu yoxdur”.
Yenicag.az xəbər verir ki, bu sözləri Tarix Əliyev öz verilişində deyib.
O, verilişlərə dəvət alarkən aparıcılar qarşısında şərt qoyan müğənniləri “ağ yuyub, qara sərib”:
“Bu efir özəl kanaldır, özəl kanalın atanıza borcu yoxdur. Sizi havayı çağırırıq, reklam edirik, bəh-bəhlə dəvət edirik. Hələ bir şərt də qoyursuz bizə ki, mən tək çıxıram efirə. Sizə bu haqqı kim verib? Yaxşı ki, heç birinizin fəxri adınız yoxdur. Danışmağa mövzunuz da yoxdur. Paslandı sizin bu “dost”, “sevgili”, “ərə gedirəm” söhbətləriniz. “Ay ərə gedirəm”… Ay bala gedirsən get, getmirsən, atamın ayağının altına ki, getmirsən. Sənin ərə getməyindən mənə nə. Aparıcılar özlərinə hörmət qoymalıdır, çıxıb efirdə onlara şərt qoyan müğənnilərin adını deməlidir”.
Nehru