Yasamalda qətl törədən şəxs həbs olundu

media-hightechnic-468x90

Xəbər verildiyi kimi, noyabrın 26-da Yasamal rayonu ərazisində Əli Əliyevin qəsdən öldürülməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Yasamal rayon prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində 28.11.2020-ci il tarixdə cinayəti törətməkdə şübhəli bilinən şəxs Abdullayev Həsənağa Fazil oğlu tutulmuş, 30.11.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə barəsində Yasamal rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600