Yasamalın bəzi küçələrində qaz olmayacaq

media-hightechnic-468x90

Bu gün Bakının Yasamal rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Yenicag.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, Yasamal rayonu, H.Zərdabi küçəsi 45 və 47 küçələrində dairəvi sistemin yaradılması ilə əlaqədar yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə noyabrın 4-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Yasamal rayonunun H.Zərdabi, M.Seyidov, Z.Xəlilov və N.Şəhriyar küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa