!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yataqlarımızın qanunsuz istismarından əldə olunan gəlirlər Vardanyan və sülhməramlılarının rəhbərliyi ilə...” – ŞƏRH

!Reklam – Yazi

“Volkov hələ ki gizlənib və görünür, Moskvadan yeni sifarişlər, təlimatlar gözləyir”.

Bu fikirləri azərbaycanlı ictimai fəalların Şuşa-Xankəndi yolunda təşkil etdikləri aksiyanın gedişini dəyərləndirən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, rusiyalı sülhməramlıların aksiyaya kobud müdaxilə imkanları məhdudlaşdırıldığına görə son nəticə mütləq olacaq:

“Müəyyən səbəblərə görə ictimai fəalların təşkil etdiyi aksiyaya qatılmaq imkanı olmayanlar da, bütövlükdə xalqımız ruhən oradakı iştirakçıların yanındadır. Əlbəttə, aksiyada fədakarlıqla iştiraklarını davam etdirənlərə uğurlar arzulayırıq. Çünki onların nail ola biləcəkləri nəticə həm də xalqımızın və dövlətimizin uğurudur.

Keçirilən aksiyanın məramı-məqsədi bəllidir və bu barədə genişdanışmağa xüsusi ehtiyac yoxdur. Hamı Şuşa-Xankəndi yolunda dayanan bizim fəalların o aksiyanı təşkil etmələrinin səbəbini yaxşı bilir.

Rusiya sülhməramlılarının məsuliyətsizliyi və üzərlərinə düşən öhdəliyi sadəcə birətərəfli qaydada yerinə yetirmələri, Ermənistana, həmçinin separatçılara dəstək olmaları təbii ki, bizi hiddətləndirirdi. Amma bizim yeraltı sərvətlərimizin qeyri-qanuni istismar olunması və talan edilməsi səbrimizi tükəndirdi.

Ona görə də Azərbaycanın mülki strukturları sırasında olan bir neçə dövlət qurumu ərazidə monitorinq keçirmək qərarı verdi. Sülhməramlıların buna etiraz etməmələri, ancaq daha sonra separatçılara işarə verərək o yataqların ətrafına silahlı dəstələrin toplanmasına şərait yaratmaları, onlara mane olmamaları sözsüz ki, hiddət doğurdu.

Aksiya iştirakçıları da bu vəziyyətə etiraz olaraq əraziyə toplaşaraq, sülhməramlıların komandanı Volkovun oraya gəlişini tələb edirlər. O isə hələ ki gizlənib və görünür, Moskvadan yeni sifarişlər, təlimatlar gözləyir. Nə tapşırılacaqsa, ona uyğun hərəkət edəcək.

Tam məsuliyyətlə deyirəm ki, yataqlarımızın istismarından əldə olunan gəlirlərin bölgüsü Vardanyan və rusiyalı sülhməramlılarının rəhbərliyi səviyyəsində razılaşdırılıb. Əks halda, onlar bizim monitorinq qrupunun yataqlardakı vəziyyəti araşdırmalarına mane olmazdılar.

Ümid edirəm ki, keçirilən aksiya nəticə verəcək. Çünki elə bir aksiya yoxdur ki, onun nəticəsi olmasın. Sülhməramlıların aksiyaya kobud müdaxilə imkanları məhdudlaşdırıldığına görə son nəticə mütləq olacaq və o yataqlarda zəruri monitorinqlər keçiriləcək. Bundan sonra isə hədəflərimiz daha da genişdir. Xankəndi, Xocalı və Xocavənddə Azərbaycanın suveren konstitusion hüquqları bərpa edilməlidir, oralarda dövlət bayrağımız dalğalanmalıdır. İnşallah, bu məqsədlərə də nail olunacaq”.

A.Zeynalov

www.yenicag.az

574
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv