Yaxın aylarda neft hasilatı bir qədər də azaldılacaq

media-hightechnic-468x90

Yanvar ayı ilə müqayisədə yaxın aylarda OPEC və ona üzv olmayan ölkələrin neft hasilatını azaltması ilə bağlı razılaşmasına daha çox əməl ediləcək. “Report” “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl Məhəmməd Fərəc əl-Mazrui “Reuters” agentliyinə müsahibəsində bildirib.

Nazir müstəqil mənbələrdən aldığı hesabatlara istinadən qeyd edib ki, yanvar ayında razılaşmaya yaxşı əməl edilib: “Biz, yaxın aylarda hasilatın daha da azaldılacağını gözləyirik”.

Qeyd edək ki, Beynəlxalq Energetika Agentliyinin (İEA) hesabatına görə, yanvar ayında OPEC üzvləri neft hasilatını gündəlik 1 mln. barel azaldaraq öhdəliklərinə 90% əməl edib.

Yenicag.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600