!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaxın Şərqdə müharibə daha da alovlanır: ABŞ İsrailə silah göndərilməsini dayandırdı

!Reklam – Yazi

“İsrail hazırkı müharibə vəziyyətindən maksimal dərəcədə yararlanmaq istəyir”.

Bu barədə Yenicag.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.

O, İsrailin Rəfahda başlatmaq istədiyi hərbi əməliyyatlardan söz açıb.

Siyasi şərhçinin sözlərinə görə, İsrail tərəfi, onun ordu komandanlığı, eləcə də baş nazir Benyamin Netanyahu düşünür ki, bir daha belə bir fürsət əllərinə düşməyə bilər.

“Əgər onlar başlayan hərbi əməliyyatları yarımçıq bitirsələr, qarşıdakı dönəmdə regionda yenidən terror cücərtiləri formalaşa, habelə İsrailin milli təhlükəsizliyi üçün böyük təhdidlər yarana bilər. Necə ki, biz ötən ilin oktyabrın 7-də bu təhlükənin miqyasını görmüş olduq. Ona görə də İsrail dövləti, eləcə də hakimiyyətdə olan “Likud” partiyası ona qarşı olan müəyyən etirazlara rəğmən, bu əməliyyatları Fələstinin ən son nöqtəsi sayılan Rəfahda genişləndirmək məqsədlərini irəli sürüb”, – deyə o bildirib.

İ. Hüseynova görə, bir çox analitikləri düşünürdü ki, Misirin vasitəçiliyi ilə keçirilən görüş nəticəsində razılıq əldə olunacaq və müəyyən atəşkəs imzalanacaq:
“Lakin bu görüş uğursuz başa çatdı, nəticə əldə olunmadı və bu gün bunun şahidiyik ki, artıq havadan müharibə və eləcə də hərbi əməliyyatların keçiriləcəyi xəbərdarlıqları ilə bağlı vərəqlər paylanılır. Hətta orada QR-kod və məntəqələr də yer alıb ki, insanlar harada gizləsin, hansı formada təxliyə olunsun və s”.

Siyasi şərhçi əlavə edib ki, İsrail bu istiqamətdə çox israrlıdır və çalışır ki, qısa müddət ərzində bütün hərbi məqsədlərə çatmaq nail olsun:

“Bundan əlavə, yayılan məlumatlar da bunu göstərir ki, ABŞ İsrailə silah göndərilməsini saxlayıb, buna müəyyən məhdudiyyətlər qoyub və ötən ilin oktyabrından davam etdirilən sözügedən hərbi kampaniyada ilk dəfədir ki, belə bir hal yaşanıb. Bu da onu deməyə əsas verir ki, ABŞ özü də hərbi əməliyyatların keçirilməsinin əleyhinədir, çünki miqyas genişlənə bilər, İranın, habelə ayrı-ayrı güclərin, proksi qüvəvlərin müdaxiləsi baş verə bilər ki, bunun qarşısında ABŞ dayana bilməyəcək və Yaxın Şərqdə müharibə daha da alovlana bilər. Lakin buna baxmayaraq, İsrail öz prinsipiallığında əmindir və çox çalışır ki, illərlə yığılıb qalmış problemlərini qısa müddət ərzində həll etmək məqsədlərinə nail olsun”.

Qeyd edək ki, İsrail Müdafiə Nazirliyi Qəzza zolağına havadan xəbərdarlıq məktubları ataraq, mülki əhalini Rəfahı tərk etməyə çağırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

217
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv