!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yaxın vaxtlarda daha üç qatar xəttə buraxılacaq” - Rəsmi AÇIQLAMA

!Reklam – Yazi

Bu gün paytaxta gətirilmiş yeni metro vaqonlarından ibarət, innovasiyalar baxımından sonuncu nəslə mənsub bir qatar xəttə buraxılır. 

Yenicag.az xəbər verir ki, sərnişin daşımalarına qoşulan 81-765 B./81-766 B. modelli vaqonlardan ibarət 20-ci qatar Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsinin istehsalıdır. 2019-cu ildə bağlanmış müqaviləyə uyğun olaraq, vaqonlar “Bakı Metropoliteni” QSC-nin sifarişi və texniki şərtlərinə uyğun istehsal edilib. Aparılan müvafiq sazlama işlərindən sonra yeni qatar sınaq və tənzimləmələri keçərək istismara buraxılır.

Qeyd edək ki, yaxın vaxtlarda hər biri 5 vaqondan ibarət 3 qatar tərkibi də sazlama və sınaq işlərindən sonra mərhələ ilə sərnişindaşıma prosesinə cəlb ediləcək. Bu isə sərnişindaşımanın xidmət keyfiyyətinin daha da artırılmasına şərait yaradacaq.

www.yenicag.az

419
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv