Yay da ətin “buz”unu ƏRİTMƏDİ: BƏDBİN PROQNOZ – VİDEO
“Son üç ildə yay aylarında, havaların isti olmasına baxmayaraq, ətin qiymətində enmə müşahidə olunmur. Əksinə, qiymətlər bahalaşmaya doğru gedir və belə də davam edəcək”.
Bunu Yeniçag.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı Akif Nəsirli deyib.
Ekspert fəsillə əlaqədar qiymətlərdə ucuzlaşmanın olmamasının səbəblərini açıqlayıb və prosesin hələ də davam edəcəyini proqnozlaşdırıb.
“Adətən yay aylarında ətin qiyməti düşür, lakin bu yay nəinki qiymətlərdə ucuzlaşma, əksinə, bahalaşma müşahidə olunur. Paytaxt bazarlarında dana əti 15-16 manata, quzu əti isə 20-24 manata təklif olunur. Sümüksüz və sümüklü ət arasında da qiymət fərqi var”, – deyə o, bildirib.
Videonu təqdim edirik:
Cəvahir
Samir Məcidov