!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yayda nələr baş verəcək? - “Məzuniyyətlər ləğv edilir, Bakıdan çıxış qadağan olunur” - ŞOK İDDİA

!Reklam – Yazi

Azərbaycanda yay aylarında parlament seçkilərinin keçiriləcəyi və bununla əlaqədar bəzi dövlət qurumlarında məzuniyyətlərin ləğv olunacağı iddia edilir. Hətta müəyyən şəxslərə müvəqqəti olaraq Bakıdan çıxışın belə qadağan ediləcəyi deyilir.

Yenicag.az xəbər verir ki, Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Azərbaycan demokratik ölkədir və seçkilər də demokratik dövlətin həyata keçirdiyi mühüm siyasi, hüquqi hadisələrdən biridir:

“Mahiyyət etibarilə seçkilər azadlıq hadisəsidir. Vətəndaşların azad şəkildə öz iradəsini ifadə etməsi prosesidir. Buna görə də hər hansı məhdudiyyətin tətbiq olunması ilə bağlı səsləndirilən fikirlər tamamilə əsassızdır. Nəticə etibarilə hər bir vətəndaşın, məmurun hərəkətləri və kommunikasiyaların məhdudlaşdırılması, məzuniyyətinin ləğv olunması Azərbaycan təcrübəsində heç vaxt olmayıb”.

Deputat bildirib ki, məzuniyyətlərin ləğv edilməsi və Bakıdan çıxışın qadağan olunması müzakirə mövzusu deyil:

“Seçkilərin keçirilməsini tənzimləyən hüquqi prosedurlar, Azərbaycan qanunvericiliyində nəzərdə tutulub. Qanunun verdiyi azadlıqlardan necə istifadə etmək təcrübəsi də cəmiyyətimizdə ənənə halını alıb. Bu günə qədər demokratik seçkilər necə olubsa, indidə eyni qaydada keçiriləcək”.

www.yenicag.az

159
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv