Yazıçı Uilyamson ABŞ prezidentlik yarışından geri çəkildiyini elan edib.
Yenicag.az xəbər verir ki, bu barədə Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədliyi uğrunda mübarizəyə qatılan yazıçı Marianne Uilyamson YouTube kanalında yayımladığı videomüraciətdə bildirib.
O, seçki kampaniyasının dayandırıldığını və prezidentlik yarışından geri çəkildiyini açıqlayıb.
“Bu gün prezidentlik kampaniyamı dayandırmağın vaxtı çatsa da, mən sonda gözəllik görmək istəyirəm.
Biz cəmiyyətdə öz sözünü deyə bilməyənlərin adından danışdıq.
Ekoloji böhranlar, irq böhranları, cinayət böhranları, iqtisadi böhranlar üzündən mübarizə aparanların adından danışdıq.
Biz qaranlıq zamanlara işıq salmaq üçün əlimizdən gələni etdik”, – Uilyamson deyib.
Xatırladaq ki, Uilyamson 2023-cü ilin martında ən yüksək hökumət postu uğrunda mübarizədə iştirak etmək niyyətini açıqlayıb.
Xuraman Etibarlı
www.yenicag.az