!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yəhudilərlə ermənilər arasında qarşıdurma KƏSKİNLƏŞDİ - FOTOLAR

!Reklam – Yazi

İsrail şirkəti ilə Qüds erməniləri arasında qarşıdurma kəskinləşib.

Yenicag.az xəbər verir ki, bu barədə “The Armenian Weekly”nin müxbiri Qeqam Balyan X-dəki mikrobloqunda yazıb.

Xəbər verdiyimiz kimi, İsrail şirkəti Qüdsün erməni məhəlləsinin bir hissəsinin boşaldılmasını tələb edib. Şirkət Qüdsün erməni məhəlləsində qeyri-qanuni binaların sökülməsinə başlayıb.

Qüdsdə yaşayan ermənilər buna etiraz olaraq “İnək bağı” adlanan ərazinin girişini bağlayıb və divarların sökülməsini qarşısını almağa çalışırlar.

Ermənilərdən ibarət böyük bir qrup Patriarxlıqla birlikdə “İnək bağı”nın ərazisinə toplaşaraq, ərazinin girişini maşınlar və hasarlarla bağlayıblar.

“Bu gün səhər iki buldozer barrikadanı dağıtmağa çalışdı. Biz yenə birlikdə onların qarşısında durduq və bizim qətiyyətimiz qarşısında yenidən geri çəkildilər”, – deyə Balyan yazıb.

Xuraman Etibarlı

www.yenicag.az

200
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv