İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda iki kiçik dövlət müəssisəsi, bir yarımçıq tikili və 23 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bu barədə Yenicag.az-a Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, özəlləşdirilən əmlakların sırasında Oğuzda yerləşən “Şahdağ” yeməkxanası və Şəkidə yerləşən yeraltı dayanacaq da var.
Nəqliyyat vasitələri üzrə sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Belə ki, hərracda 1 700 manat start qiyməti ilə təklif edilən “Hyundai Getz” markalı avtomobil 8 000 manata satılıb. İlkin qiyməti 4 000 manata olan VAZ-21723 markalı avtomobil isə 7 900 manata özəlləşdirilib.
Hərracda satılan əmlaklar üzrə dövlət büdcəsinə 259 370 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.
Özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür.
Növbəti hərraclar 22 və 29 avqustda keçiriləcək.
www.yenicag.az