Yəmənin Ədən bölgəsində komendant saatı tətbiq edilib

media-hightechnic-468x90

Yəmən Prezident İdarəetmə Şurasının üzvü və “əl-Əməlik” briqadalarının komandiri Əbdül Rəhman əl-Məhrami təhlükəsizliyi qorumaq üçün müvəqqəti paytaxt Ədəndə komendant saatı tətbiq etməyi əmr edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə sənəd AIC televiziya kanalı vasitəsilə ictimaiyyətə çatdırılıb.

“Prezident İdarəetmə Şurasının üzvü komandir Əbdül Rəhman əl-Məhraminin göstərişlərinə əsasən, Ədən quberniyası boyunca saat 21:00-dan 06:00-dək komendant saatı tətbiq edilib”, – məlumatda bildirilir.

Orada deyilir ki, bu saatlarda yalnız təhlükəsizlik və hərbi personalın, eləcə də təsdiq edilmiş icazələri olan tibbi və texniki qrupların bölgədə hərəkət etməsinə icazə veriləcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05