Yeni baş məşqçi təqdim olundu-Fotolar

media-hightechnic-468x90

publika.az1409820263arifBöyükağa Hacıyevin istefasından sonra “Neftçi”nin baş məşqçi postuna Arif Əsədəovun təyin olunduğu barədə məlumat vermişdik.

Əsədəov bu gün komandaya təqdim olunub. Onunla 2 illik müqavilə imzalanıb. Elmir Xankişiyev isə köməkçi məşqçi vəzifəsinə təyin edilib. “Neftçi”nin prezidenti Sadıq Sadıqov ona yeni işində uğurlar arzulayıb.

Arif Əsədov ona göstərilən etimada görə klub prezidentinə təşəkkürünü bildirib:

“İlk növbədə klub prezidenti Sadıq Sadıqova təşəkkür edirəm ki, məni yenidən “Neftçi”yə dəvət etdi. Bu komanda həmişə mənim üçün doğma olub. Həm futbolçu, həm də məşqçi kimi “Neftçi”də püxtələşmişəm.

Bu komandanın hər zaman yüksək yerlər uğrunda mübarizə apardığını bilirəm. Bu komandada çempionluq sevinci yaşamışam. Çalışacağıq ki, “Neftçi”nin ötən mövsüm çempionatdakı uğursuzluğunu unutduraq”.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600