Yeni deputatların sənədlərinin təsdiqlənəcəyi – Tarix

media-hightechnic-468x90

msk_6963182955297_1000x669Mərkəzi Seçki Komissiyası (MSK) yeni seçilən deputatların siyahısını Konstitusiya Məhkəməsinə noyabrın 20-ə qədər təqdim edəcək.

Bu barədə MSK katibi Mikayıl Rəhimov bildirib.

M.Rəhimov deyib ki, qanunvericiliyə görə, yeni seçilən deputatların siyahısı səsvermə günündən sonrakı 20 gün müddətində Konstitusiya Məhkəməsinə göndərilməlidir.

MSK seçki protokollarını yoxladıqdan sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edir.

Konstitusiya Məhkəməsi isə müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində seçkinin nəticələrini təsdiq etməlidir(modern)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600