Yeni doğulan körpə qəzada öldü-Qaradağda
“VAZ-2107” ilə “KamAZ-5320” toqquşub.
Yanvarın 16-da saat 02 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində faciəvi hadisə baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmöətindən verilən məlumata görə, Xocavənd rayon sakini Zöhrab Balakişiyevin idarə etdiyi “VAZ-2107”, Şirvan şəhər sakini Anar Əmənovun idarə etdiyi “KamAZ-5320” və Sabirabad rayon sakini Əsgər Hacıyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.
Z.Balakişiyevin sərnişinlərindən – yeni doğulmuş qızı hadisə yerində ölmüş, digər sərnişinləri – arvadı Aliyə və qayınanası Dilşad Bəhramova xəstəxanaya yerləşdiriliblər.
Hadisə ilə bağlı BDYPİ tərəfindən araşdırma aparılır(azxeber).