Yeni “GALAXY S6” təqdim olundu-Fotolar,Video

media-hightechnic-468x90

samsung-galaxy-s6 (1)“Samsung” şirkəti Barselonada keçirilən MWC 2015 mobil rabitə sərgisində özünün yeni flaqman modellərini – “GALAXY S6” və “Galaxy S6 Edge” smartfonlarını təqdim edib.

Yeni smartfonlar yüksək texnoloji xüsusiyətlərə malikdirlər.

3 GB-lıq operativ yaddaş

Belə ki, flaqman smartfonların hər ikisi “Samsung”-un Super AMOLED texnologiyası ilə hazırlanmış 5,1 düymlük və 2560×1440 genişlənməli ekranla təchiz edilib. Smartfonlar 64 bitlik və 2,1 GHz tak tezlikli səkkiznüvəli prosessorla və 3 GB-lıq operativ yaddaşla təchiz edilib. Daxili yaddaş isə 32, 64 və 128 GB arasında dəyişir. Ənənəvi olaraq smartfonlar Wi-Fi 802.11 a/b/g/n/ac, Bluetooth 4.1, NFC, IK-portla və simsiz enerji qurğusu ilə təchiz olunub.

Optik stabilizasiyalı 16 meqapiksellik əsas və 5 meqapiksellik frontal kameralı smartfon həmçinin, IK-sensorla çalışır ki, bu da “Samsung”-un fikrincə kameranın həssaslığını və bəyazlılıq balansını daha dəqiq ötürməyə imkan yaradacaq. Kameraya daxil olmaq üçün artıq “Home” klavişini 2 dəfə klikləmək kifayətdir. Bu, sizin 0,7 saniyənizi alacaq.

“Samsung” və “iPhone”-un flaqman smartfonlarının kamerasının müqayisəsi:

Akkumulyator klassik versiyada 2550 mAm, Edge versiyasında 2600 mAm-dir. Smartfonlar ölçülərinə görə də cüzi fərqlənir: Klassik modeldə 143,4×70,5×6,8 mm, Edge versiyasında isə 142,1×70,1×7,0 mm-dir. Bir qədər qalın olmasına baxmayaraq, Edge daha yüngül alınıb – 132 qram (Galaxy S6-nın çəkisi 138 qramdır).

Hər iki smartfon ön və arxa hissədən “Corning Gorilla Glass 4” şüşəyə malikdir. Kənar hissələr isə təmiz metaldan hazırlanıb. Korpusun möhkəmliyindən söz açan “Samsung” rəsmisi “Biz əyilmirik” deməklə əzəli rəqibi “iPhone”-un bostanına daş atıb.

“Samsung”-un yeni flaqmanları ağ, qara, qızılı versiyalarda, bundan başqa, təkcə “Galaxy S6” mavi və “Galaxy S6 Edge” isə yaşıl versiyada da hazırlanıb.

Smartfonlar şirkətin yeni “Samsung Pay” sistemini dəstəkləyir.

Bu sistem vasitəsilə bank kartının bütün əməliyyatlarını yerinə yetirmək, həmçinin yalnız maqnit lentlə çalışan terminallarda ödəniş həyata keçirməyə imkan verəcək. Sistem bu ilin II rübündən etibarən ilk öncə ABŞ-da, sonra digər ölkələrdə çalışacaq.

Smartfonlar 10 aprel 2015-ci il tarixindən satışa çıxarılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600