Yeni ili harada qeyd edəcəksiniz? – Sorğu
Qarşıdan yeni il gəldiyinə görə, artıq hər kəs 2015-ci ili harada qarşılayacağını düşünür. Avropa ölkələri, o cümlədən İngiltərə, Fransa, İtaliya kimi ölkələr xüsusi təmtəraqla, möhtəşəm şəkildə yeni ili qeyd edir. Miladi təqvimi peyğəmbər İsa Məsihlə bağlı olduğuna görə, xristian dünyasında bu bayram dini mahiyyət daşıyır və özünəməxsus şəkildə qeyd edilir . Arzusunda olan hər kəs məhz bu ölkələrdə təqvimin gəlişini qeyd etmək istəyir. Elə qonşu ölkələrdə Rusiya və Gürcüstanda da təqvimin gəlişi xüsusi qeyd edilir. Bəs görəsən vətəndaşlarımız yeni ili harada qeyd edəcəklər? Yenicag saytı olaraq sorğu apardıq.
Nərgiz Əzizova: “Yeni ili Oğuzda qeyd etməyi düşünürəm. Çünki orda daha maraqlı olur. Eyni zamanda zəngin mətbəxi var”.
Elnarə Karimova: “Ən yaxşı variant kimi Tiflisi düşünürəm. Bir neçə gün əvvəl ordan qayıtmışam. Tiflisdə əsl-bayram əhval ruhiyyəsi var”.
Mirsəid Bayramov: “Mənim nəzərimdə ”Yeni il” deyilən bir bayram yoxdur. Dövlətimizin bayram günlərinə əlavə edilen ”yeni il”in əslində, nə milli dövlətçiliyimizlə, nə də dini inancımızla bağlılığı yoxdur. Amma təsadüfdən həmin günlə üst-üstə düşən ”həmrəylik bayramı”nın millətimiz tərəfindən qeyd edilməsi kənardan yad qüvvələrin baxışında yeni ilin keçirilməsi kimi görünür. Bu səbəbdən mən bu bayramı, yəni həmrəylik gününü öz ailəmlə evdə, respublikamızın dilbər guşələrindən biri olan Cəlilabad rayonunda öz həmyerlilərimlə, öz yaxınlarımla həmrəy olaraq keçirməyi planlaşdırıram.
Şahin Ayvazov: “Belə getsə, yeni ili işdə keçirəcəm”.
Lalə Mustafayeva: “ Yeni il gecəsini ailəmlə birgə qarşılayacağımı düşünürəm. Bayram ailənizlə birgə olduğunuz zaman gözəl olur” .
Kamil Əmirli: “Yeni il üçün hәlәlik xüsusi planım yoxdur amma yәqin ki, ailәmlә birgә keçirәcәm. İşlәrimlә әlaqәdar xaricә getmәyә imkan olmur”.
Arzu Məmmədova: “Böyük ehtimalla ya öz evimdə ya da tanışlarla qeyd edəcəm”.
Rizvan Yardımlı: “Mən universitetdə təhsil alıram. Özüm əslən Yardımlı rayonundan olduğuma görə, yeni ili rayonda ailəmlə birgə keçirəcəm”.
Əhməd Həmidli : “Yeni ili böyük ehtimalla kompyuterin qarşısında keçirəcəm”.
Katya Qluşenko “Mən Moskvada yaşadığıma görə, elə burada yeni ilimi qeyd edəcəm. Moskvada yeni il bir çox şəhərlərdən daha təmtəraqlı qeyd edilir”.
Sənan Salmanov : “Əgər maddi imkanım yol versə, yeni ili xaricdə qeyd edəcəm. Avropa ölkələrinin birində yeni ili qarşılamağı düşünürəm”.
Sevinc Tofiqqızı: “Vətənimi sevən insan kimi yeni il gecəsini Azərbaycanda qeyd etməyi düşünürəm”.
Kamran ƏDALƏTOĞLU
Yenicag.az