“Beynəlxalq münasibətlərdə Çin Rusiya ilə, iqtisadi platformada isə ABŞ və Avropa İttifaqı ilə bir yerdə olacaq”.
Bu fikri Yenicag.az-a açıqlamasında Çin ABŞ münasibətlərindəki gərginlik, Avropa İttifaqında böyük Çin şirkətlərinə qarşı aparılan qəfil yoxlamalar və gözləntiləri dəyərləndirən politoloq Yusif Bağırzadə deyib.
Yusif Bağırzadə bildirib ki, Çin Rusiyaya qarşı sanksiyalara qoşulacaq.
“ABŞ-ın dövlət katibi Antoni Blinken Çində soyuq qarşılandı. ABŞ Konqresində Tayvana 8 milyard yardım ayrıldı. Baxmayaraq ki, ABŞ və Avropa İttifaqı Çinin ərazi bütövlüyünü dəstəkləyir, ancaq Çinin Tayvana müdaxilə etməsinə qarşıdır. Tayvanın 8 milyarda ehtiyacı yox idi. Bu, Çinə mesaj idi. Bu mesajı da Çin qəbul etdi”, – deyə o əlavə edib.
Politoloqun sözlərinə görə, Çin Rusiyaya qarşı sanksiyalara qoşulmağa qərar verib:
“Çin hərbi sənaye kompleksələri üçün avadanlıqların Rusiyaya verilməsini dayandıracaq. ABŞ Çinin böyük ticarət partniyorudur. Əgər Çinlə ABŞ arasında münasibətlər korlansa, Çin ağır iqtisadi itkilərlə üz-üzə qalacaq.
Beynəlxalq münasibətlərdə Çin Rusiya ilə, iqtisadi platformada isə ABŞ və Avropa İttifaqı ilə bir yerdə olacaq”.
Səxavət Məmməd
www.yenicag.az