Fransanın Yeni Kaledoniya bölgəsində 6.8 bal gücündə zəlzələ baş verib.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti informasiya yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Tadine yaşayış məntəqəsindən 178 kilometr şərqdə, ocağı isə 14 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
www.yenicag.az