Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

AXCP “Yeni Müsavat”a qarşı YAP-ın yolunu gedir – Fakt

imagesRauf Arifoğlundan Yenicag.az-a açıqlama

Ölkənin aparıcı mətbu orqanı olan “Yeni Müsavat” qəzeti 25 illik yubileyini qeyd edir.

Bu münasibətlə, “Yenicag.az saytına açıqlama verən qəzetin baş redaktoru Rauf Arifoğlu keçdikləri şərəfli yola bir nəzər saldı: “25 illik dövr istər insan həyatı, istərsə də qəzetin tərcümeyi-halı üçün ciddi bir rəqəmdir. Həmçinin, bu rəqəm yekun etmək üçün kifayət qədər əsas verən bir rəqəmdir. Bu dövr ərzində əsas uğurumuz ondan ibarətdir ki, 25 il öncə sovetlər dönəmində qeyri-formal başladığımız bir prosesi bu illər ərzində həyata keçirərək yaşada və bu günlərə gətirə bilmişik. Azərbaycan mətbuat tarixinə qəzetimizin adı və yüzlərlə imzalarımızı tanıda və yaza bilmişik. Bunun üçün də Allaha şükür edirik ki, bu böyük, şərəfli, məsuliyyətli işi bizə nəsib edib. Qəzetin işini daha da gücləndirmək niyyətindəyik. İndiki şəraitdən doğan əsas planlarımız heç olmasa mövcudluğumuzu qorumaqdan ibarətdir. Bu bir 25 illik tarixdir. Azərbaycan və mətbuat üçün önəmli bir invandır. Qəzet 70-ə yaxın namuslu Azərbaycan vətəndaşının iş yeridir ki, onların da bəzilərini başqa yerdə işə də götürməyəcəklər. Çünki, əksəriyyətinin imzası müxalifətdir. Bu baxımdan bütün gücümüzlə qəzeti qorumaqla bərabər, çalışırıq ki, imkan olduqca onu inkişaf etdirək, elektron versiyanı daha da genişləndirək. Yubiley münasibətilə çoxsaylı təbriklər almışam. Partiyalar arasında AXCP sədri Əli Kərimli və YAP-dan başqa bütün partiyalardan da təbriklər almışam. 1997-ci ildən başlayaraq, 17 ildir ki, “Yeni Müsavat” qəzeti qəzet bazarında liderdir. Elektron versiyası da ciddi şəkildə lider olmaq iddiasını göstərir. Qəzetin bu illər ərzində ən populyar olaraq qalmasında əsas məsələ peşəkarlıq və zəhmətlə bağlıdır. Çox işləyirik, əlbəttə çox işləyənin bərəkətini də çox verər”.

 

Rüfət

Loading...

www.yenicag.az

428