!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni qorxunc xəstəlik yayılır? - Ötən il 15 nəfər ölüb

!Reklam – Yazi

Ötən il Macarıstanın on beş sakini ağcaqanadların yaydığı “sarı qızdırma”dan ölüb.

Yenicag.az medicina.az-a istinadən bildirir ki, bu yaxınlarda Macarıstanda yayılmağa başlayan “sarı qızdırma” və ya Qərbi Nil qızdırması ilk dəfə 1937-ci ildə Uqandada qeydə alınmış ölümcül xəstəlikdir.

1999-cu ildə virus ilk dəfə Birləşmiş Ştatlar ərazisinə gətirilib və 2000-ci illərin əvvəllərindən başlayaraq artıq bütün dünyaya yayılıb. Macarıstan Milli Səhiyyə Xidmətinin məlumatına görə, son beş ildə ölkədə bu xəstəliyə yoluxanların sayı kəskin artıb.

Məsələn, 2014-cü ildə yalnız 14 adama “Qərbi Nil qızdırması” diaqnozu qoyulduğu halda, ötən il belə diaqnozların sayı artaraq 225-ə çatıb. İki əvvəl bu ölümcül xəstəlikdən dörd adam, ötən il 15 adam dünyasını dəyişib.

Ekspertlərin fikrincə, bu xəstəliyin Macarıstanda yayılmasının səbəbi ziyanvericilərə qarşı mübarizənin yetərincə aparılmaması və nəticədə ölkədə ağcaqanadların populyasiyasının xeyli çoxalması ilə bağlıdır.

Ötən il qışda havalar kifayət qədər soyuq keçməyib, yazda isə güclü yağışlar yağıb. Ekspertlər xəbərdarlıq edirlər ki, əvvəlcə ağcaqanadların sürfələrini, sonra özlərini məhv etmək lazımdır. Bunun üçün sürfələrin ağcaqanada çevrildiyi su hövzələri üzərinə təyyarədən kimyəvi preparatlar səpilməlidir.

www.yenicag.az

7796
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv