Yeni struktur Azərbaycana maliyyə yardımı ilə də məşğul olacaq

media-hightechnic-468x90

2025-ci il fevralın 1-dən Avropa Komissiyasında genişlənmə və Avropa İttifaqına üzv olmaq üçün potensial namizədlərlə üzvlük danışıqlarına cavabdeh olan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğu (DG ENEST) fəaliyyət göstərməyə başlayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

“Struktur Aİ-yə üzv dövlətlərdə kommunikasiya məsələləri, həmçinin regional əməkdaşlıq və regional təşəbbüslər, o cümlədən namizəd ölkələrin mərhələli inteqrasiyası ilə məşğul olacaq.

Baş Direktorluq Aİ-nin genişlənmə üzrə tərəfdaşlarına, eləcə də Ermənistan, Azərbaycan və Belarus kimi Aİ-nin Şərqi Qonşuluq ölkələrinə maliyyə və texniki yardımla məşğul olacaq. Bundan əlavə, Baş Direktorluq Ukraynaya davamlı dəstək verəcək və Ukraynanın yenidən qurulması istiqamətində fəaliyyətini davam etdirəcək”, – bəyanatda deyilir./unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05