Yeni ticarət dalğası: Çin qlobal iqtisadiyyatda sürəti artırır

media-hightechnic-468x90

Çinin xarici ticarəti 2026-cı ilə güclü dinamika ilə başlayıb. İlin ilk iki ayında qeydə alınan yüksək artım göstəriciləri ölkənin qlobal iqtisadi sistemdəki rolunun daha da gücləndiyini göstərir. Ticarət dövriyyəsinin artması, ixracın texnoloji strukturunun dəyişməsi və yeni bazarlara yönələn strategiya Çinin dünya iqtisadiyyatında mövqeyini yenidən formalaşdırır.

media-banner_tuq

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən BRISD sədri Qayser Nəvvab bildirib ki, ilin ilk iki ayında Çinin mal ticarəti illik müqayisədə 18,3% artaraq yenidən ikirəqəmli artım mərhələsinə daxil olub.

Onun sözlərinə görə, idxal da 17,1% artaraq 3,11 trilyon yuan səviyyəsinə çatıb və bu, ölkə iqtisadiyyatının yüksək ticarət dinamizmini nümayiş etdirir.

Q. Nəvvab qeyd edib ki, bu artımın əsas xüsusiyyətlərindən biri ticarət əlaqələrinin şaxələnməsidir. Onun sözlərinə görə, Çin ilə ASEAN ölkələri, Avropa İttifaqı və “Bir kəmər, bir yol” təşəbbüsünə daxil olan dövlətlər arasında ticarətin sürətlə artması Pekinin qlobal ticarət strategiyasının daha geniş coğrafiyanı əhatə etdiyini göstərir.

BRISD sədri vurğulayıb ki, diqqət çəkən digər mühüm məqam ixracın strukturunda baş verən dəyişiklikdir. O bildirib ki, yüksək texnologiyalı məhsulların ixracında ciddi artım müşahidə olunur və robot texnologiyaları, data mərkəzləri üçün optik avadanlıqlar, enerji saxlama sistemləri kimi məhsullar artıq Çinin ixrac portfelində mühüm yer tutur.

Onun sözlərinə görə, Çin, eyni zamanda, qlobal sənaye zəncirində mühüm rol oynayan xammal və sənaye komponentlərinin əsas idxalçılarından biri olaraq qalır. Bu model – xammalın idxalı və sənaye məhsullarının ixracı – xüsusilə inkişaf etməkdə olan ölkələrlə iqtisadi əlaqələrin güclənməsinə səbəb olur.

Q. Nəvvab əlavə edib ki, qlobal ticarət prosesləri ilə paralel olaraq yuanın beynəlxalq hesablaşmalarda istifadəsi də artır və bu, qlobal maliyyə sistemində yeni tendensiyanın formalaşdığını göstərir.

Sonda o qeyd edib ki, artan innovasiya potensialı, R&D xərclərinin yüksəlməsi və xarici şirkətlərin davam edən investisiyaları fonunda Çin artıq təkcə istehsal mərkəzi deyil, həm də yeni texnologiyaların inkişaf etdirildiyi qlobal innovasiya platformasına çevrilməkdədir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05